Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 27 cinayət faktı qeydə alınmışdır
30.03.2005Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 27 cinayət faktı qeydə alınmışdır ki, onların da 21-i «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yanıq xəsarəti almışdır. Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 7 fakt müəyyən edilmişdir.