Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ələt-Yevlax yolunun Cəlilabad rayonunun Alar kəndi ərazisində yol-qəza hadisəsi

28.02.2006

Saat 12:30 radələrində, Ələt-Yevlax yolunun Cəlilabad rayonunun Alar kəndi ərazisində, Masallı rayon sakini Qabil Murtuzayevin idarə etdiyi "VAZ-21099" markalı və Astara rayon sakini Nurəddin Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə N.Hüseynov və sərnişini, Masallı rayon sakini Razi Məlikov hadisə yerində ölmüş, xəsarət almış sərnişin, Masallı rayon sakini Nəsir Babaşov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.