DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
28.02.2006Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini İbadət Bayramovaya məxsus mənzildən oğurluğa cəhd edərkən, Gürcüstan vətəndaşı Zviyad Zhorzholiani tutulmuşdur. Z.Zhorzholianidən 0,67 qram tiryək götürülmüşdür. Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Akif Əlirzayevdən 0,219 qram heroin götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Ağcabədi rayon sakini Yaşar Səfiyev 10,056 qram heroini, Yevlax rayon sakini Ramin Axundova satarkən tutulmuşlar.