Gün ərzində 50 cinayət faktı qeydə alınmışdır
27.02.2006Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 50 cinayət faktı qeydə alınmışdır ki, onların da 45-i "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır. Gün ərzində 4 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüşdür. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 17 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.