Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitələrin satışı ilə məşğul olan bir qrup şəxs tutulmuşdur

27.02.2006

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, uzun müddət narkotik vasitələrin külli miqdarda satışı ilə məşğul olmuş Rövşən Rzayev 1,485 qram heroini satarkən tutulmuşdur. R.Rzayevin evinə baxış zamanı 26,55 qram tiryək, 0,438 qram heroin, 1 ədəd elektron tərəzi, 1 ədəd narkotik vasitəni qəbul etmək üçün məftildən ibarət alət götürülmüşdür. R.Rzayevin cinayət əlaqəsinə girərək narkotik vasitəni Cəlilabad rayon sakini Miraqil Soltanovdan və İran İslam Respublikasının vətəndaşı, mütəmadi olaraq R.Rzayevin qonağı olmuş, tez-tez İran İslam Respublikasından respublikamızın ərazisinə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə keçirən və onun satışı ilə məşğul olan Məmmədəli adlı şəxslə birlikdə satmaları müəyyən edilmişdir. Görülmüş tədbirlər nəticəsində M.Soltanov və onun qardaşı, Baba təxəllüslü Mirməhəmməd müəyyən edilərək tutulmuşlar.