DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
27.02.2006Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Sumqayıt şəhər sakini Əjdər Nəcəfəliyev 0,646 qram heroini satarkən tutulmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsi və Əli Bayramlı ŞPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbiri nəticəsində, Əli Bayramlı şəhər sakini, əvvəllər məhkum olunmuş Elman Əliyev 0,120 qram heroini satarkən tutulmuşdur. E.Əliyevin üstünə baxış zamanı əlavə 0,188 qram heroin və 1 ədəd saxta 100 dollarlıq əskinas götürülmüşdür. Bakı şəhər BPİ-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ələkbər Abışovdan 0,808 qram heroin, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Bakı şəhər sakini Zakir Hüseynovdan 0,191 qram heroin, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, Bakı şəhər sakini Rəhim Əzizovdan 0,208 qram heroin, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, rayon sakini, əvvəllər məhkum olunmuş Zəfər Orucovdan 2 qram heroin, 3 qram tiryək, 250 qram marixuana və 6 ədəd şpris, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, şəhər sakini Elman Bayramovdan 529,87 qram marixuana və 0,325 qram heroin, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Hacıqabul rayon sakini Elşən Nəziyevdən 0,422 qram heroin götürülmüşdür.