Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul-Horadiz yolunun İmişli rayonunun Qaradonlu kəndi ərazisində yol-qəza hadisəsi

21.02.2006

Saat 18:10 radələrində Hacıqabul-Horadiz yolunun İmişli rayonunun Qaradonlu kəndi ərazisində, Qulubəyli kənd sakini Eldar Quliyevin idarə etdiyi "VAZ-2106" markalı və Xubyarlı kənd sakini Eldar Əliyevin idarə etdiyi "MAZ" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə E.Quliyevin sərnişinlərindən, həmkəndlisi Raqub Quliyev hadisə yerində ölmüş, xəsarət almış E.Quliyev və həmkəndlisi Loğman Aslanov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.