Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

04.02.2006

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş İlqar Rəsulovdan 835,4 qram marixuana, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ağasadıq Rəhimovdan 0,216 qram heroin, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rafiq Musayevdən isə 0,228 qram heroin götürülmüşdür.