DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

26.01.2006

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Liman qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ələkbər Ələkbərovun evinə baxış zamanı 6 kiloqram 550 qram marixuana və 65,05 qram çətənə toxumu aşkar edilərək götürülmüşdür. Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Əsəd Əsədovdan 0,218 qram heroin götürülmüşdür.