Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

22.01.2006

Baş Dövlət Yol Polisinin Şəmkir rayonundakı stasionar postunda, rayon sakini Cavanşir İbrahimova məxsus "VAZ-2106" markalı avtomaşın nəzarət qaydasında yoxlanılmışdır. C.İbrahimovdan 0,2 qram heroin, sərnişinləri, rayon sakinləri Sabir Piriyevdən 0,2 qram heroin, Etibar Allahverdiyevdən 2 ədəd şpris və Tural Cəfərovdan isə 7.5 qram marixuana aşkar edilərək götürülmüşdür. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nətiəsində Bakı şəhər sakinləri Aleksey Nikifirovdan 0,224 qram heroin, Fuad Hidayətovdan isə 0,208 qram heroin, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nətiəsində rayon sakini Kamran Cəfərovdan 0,156 qram heroin, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nətiəsində isə şəhər sakini İlqar Çılqamlıdan 0,154 qram heroin götürülmüşdür.