2 saylı ruhi-əsəb xəstəxanasının 3-cü mərtəbəsində yanğın baş vermişdir
19.01.2006Saat 20:30 radələrində Nəsimi rayonu S.Rüstəm küçəsində, 3 mərtəbəli 2 saylı ruhi-əsəb xəstəxanasının 3-cü mərtəbəsində yanğın baş vermişdir. Nəticədə yanar konstruksiyalar və oradakı əşyalar yanmış, orada müalicə olunanlardan Əmir Benquliyev ölmüş, 1 nəfər isə yanıq xəsarəti almışdır.