Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ucar rayonunun Küçəkənd kəndi ərazisində yol-qəza hadisəsi

19.01.2006

Saat 20:15 radələrində Ucar rayonunun Küçəkənd kəndi ərazisində, Ağdaş rayon sakini Rasim Əhmədovun idarə etdiyi "VAZ-2106" markalı və Bakı şəhər sakini Roman Cəfərovun idarə etdiyi "İsuzi" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə R.Əhmədovun sərnişinlərindən, qızı Süsən və oğlu Yasin hadisə yerində ölmüş, xəsarət almış Şərur rayon sakini Mirzə İmanov və digər sürücü xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.