Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 34 cinayət faktı qeydə alınmışdır
23.03.2005Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən cəmi 34 cinayət faktı qeydə alınmışdır ki, onların da 22-si «isti izlər»lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 7 nəfər yaralanmışdır. Gün ərzində 2 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə tələfat olmamışdır. Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 9 fakt müəyyən edilmişdir.