Şəmkir rayonunun Moruq kənd sakini Əli Zamanovu qətlə yetirmiş Bayram Zamanov tutulmuşdur
01.06.2009 Saat 21.30 radələrində Şəmkir rayonunun Moruq kəndi ərazisində, kənd sakini Bayram Zamanov münaqişə zəminində həmkəndlisi Əli Zamanova bıçaqla xəsarət yetirmişdir. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Zamanov orada ölmüşdür. Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində B.Zamanov tutulmuşdur.