Kəlbəcər rayon sakini Rasim Məmmədov Elçin İlyasovu mübahisə zəminində döyərək öldürmüşdür
01.06.2009Saat 08.25 radələrində Siyəzən rayonunda müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakini Rasim Məmmədov özünə məxsus "Opel-Vectra" markalı avtomaşında sərnişin qismində gedən DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş serjantı Elçin İlyasovu mübahisə zəminində döyərək öldürmüşdür.
Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov tutulmuşdur.