Nəsimi rayonu 28 May küçəsindəki 72 saylı binanın zirzəmisində qaz sızmasından partlayış baş vermişdir
23.12.2005Saat 17:00 radələrində Xətai Telefon Qovşağının işçisi Şamil Məmmədov Nəsimi rayonu 28 May küçəsindəki 72 saylı binanın zirzəmisində telefon xətlərini təmir edərkən qaz sızmasından partlayış baş vermişdir. Nəticədə S.Məmmədov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdir.