Bakıdan Aktauya uçan "AN-140" markalı təyyarə qəzaya uğramışdır
23.12.2005Saat 22:19 radələrində Heydər Əliyev adına Hava Limanından havaya qalxmış, "Azal" Dövlət Konserninə məxsus, Bakıdan Aktauya uçan "AN-140" markalı təyyarə qəzaya uğrayaraq Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində dəniz sahilinə düşmüşdür. Təyyarədə 5 ekipaj üzvü və 18 sərnişin olmuşdur. Sərnişinlərin və ekipaj üzvlərinin meyidlərinin tapılması üçün tədbirlər görülür.