Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı-Astara yolunun Səngəçal qəsəbəsi ərazisində yol-qəza hadisəsi

12.12.2005

Saat 14:10 radələrində Bakı-Astara yolunun Səngəçal qəsəbəsi ərazisində, Füzuli rayon sakini Zülfüqar Qarayev "Kamaz" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən, Ələt qəsəbə sakini Əyyub Məmmədovun idarə etdiyi "Mersedes-308 D" markalı avtomaşına vurmuşdur. Nəticədə "Mersedes-308 D" markalı avtomaşın aşmış, xəsarət almış Ə.Məmmədov və 11 sərnişin xəstəxanaya yerləşdirilmişlər. Sərnişinlərdən Əliniyaz Süleymanov orada ölmüş, 9 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmış, Ədalət İbrahimov və Qəhrəman Səfərovun vəziyyətləri isə orta-ağırdır.