Oğuz rayonunun Baş Zəyzid kənd sakini Asif Ramazanov yol-nəqliyyat hadisəsi törətmişdir
10.04.2009 Saat 20.00 radələrində Oğuz rayonunun Baş Zəyzid kənd sakini Asif Ramazanov "Mercedes" markalı avtomaşını idarə edərkən onu ağaca vurmuşdur. Nəticədə A.Ramazanovun sərnişini, həmkəndlisi Darçın Abdulsalamov hadisə yerində ölmüş, xəsarət almış A.Ramazanov isə xəstəxanaya yerləşdirilmişdir. Oğuz RPŞ tərəfindən araşdırmalar aparılır.