Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ələt-Astara yolunun Lənkəran şəhərinin Parakənd kəndi ərazisində yol-qəza hadisəsi

11.12.2005

Saat 12:00 radələrində Ələt-Astara yolunun Lənkəran şəhərinin Parakənd kəndi ərazisində, Türkiyə vətəndaşı Server Balabanın idarə etdiyi "Mersedes" markalı və Bakı şəhər sakini Pərviz Əsgərovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə P.Əsgərov hadisə yerində ölmüş, sərnişinləri, Astara rayon sakinləri Taleh Əsgərov, Sarvan İdrisov isə xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.