DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
11.12.2005Nərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini Emin Rzayev 0,84 qram heroini satarkən tutulmuşdur. Ondan əlavə 0,210 qram heroin götürülmüşdür. Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xudat kənd sakini Səməd Əzizov 0,244 qram heroini, Xaçmaz rayon sakini Yasəmən Nəzərovaya 100 min manata satarkən tutulmuşlar.