Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 19 cinayət faktı qeydə alınmışdır

11.12.2005

Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 19 cinayət faktı qeydə alınmışdır ki, onların da 14-ü "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 5 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 3 nəfər ölmüşdür. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 22 nəfər tutulmuşdur.