Rüsvayedici məlumatlar yayma hədəsi ilə sahibkarlardan pul tələb etmiş "Qanun və Gerçəklik" ictimai-siyasi qəzetinin əməkdaşları saxlanılmışlar
11.03.2009 Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 9-da "Qanun və Gerçəklik" ictimai-siyasi qəzetinin baş redaktoru Eldar Əsgərov, qəzetin şöbə müdiri Peyman Sadıqov, Gəncə şəhər sakinləri Bəxtiyar Cəfərov və Elnur Yusifov Tovuz rayonu ərazisindəki 4 yeməkxanada videoçəkiliş apardıqlarına, barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə sahibkarlar Kazım Allahverdiyevdən və Yeganə Babayevadan hərəsindən 400 manat aldıqlarına, habelə İslam Ağayevdən və Ülkər Hacıyevadan isə pul vermələrini tələb etdiklərinə görə saxlanılmışlar. Faktla əlaqədar cinayət işi başlanmışdır. Araşdırmalar aparılır.