DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülüşdür
30.11.2005Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Lənkəran şəhər sakini Etibar Salayevə məxsus "VAZ-2106" markalı avtomaşından 200,21 qram heroin götürülmüşdür. Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Mehdi Tağıyevdən 10,1 qram marixuana götürülmüşdür. M.Tağıyevə narkotik vasitəni satmış, Zarat kənd sakini Yunus Eldarov tutulmuşdur. Y.Eldarovdan əlavə 2,59 qram marixuana götürülmüşdür.