Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

25.11.2005

Baş Narkotiklərlə Mübarizə İdarəsi Qərb Bölgəsində Regional Şöbəsi və Göyçay RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Rəğbət Məsimovun evindən 11,14 qram tiryək və 2 ədəd 5 milliqramlıq şprislərdə sirkə anhidridi aşkar edilərək götürülmüşdür. Bakı şəhər sakini Pərviz Rufullayevə məxsus "VAZ-21074" markalı avtomaşın Qaradağ rayonu DYP postunda saxlanılmış və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən nəzarət qaydasında yoxlanılmışdır. Avtomaşından 610,42 qram marixuana və 1 ədəd bıçaq aşkar edilmişdir. Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bayıl qəsəbə sakini Beslan Abubakarovdan 0,219 qram heroin, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Biləcəri qəsəbə sakini Vidadi Məlikovdan 0,225 qram heroin, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində isə Bankə qəsəbə sakini Rəşad Zeynalovdan 10,5 qram marixuana və 1,7 qram həşiş götürülmüşdür. Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Mirzəqışlaq kənd sakini, əvvəllər məhkum olunmuş Mirqasım Babayev və Qaraçay kənd sakini, əvvəllər məhkum olunmuş Xalid Əmirəliyevdən 59,38 qram marixuana götürülmüşdür. Müəyyən edilmişdir ki, onlar narkotik vasitəni Xızı rayon sakini, əvvəllər məhkum olunmuş Dadaş Rüstəmovdan 1 milyon manata almışlar. Onlar tutulmuşlar.