DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:
image_20230417164131.jpg

Bakı Şəhər Baş Polis İdarəsində Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

17.04.2023

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi bugünlərdə nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da böyük təntənə ilə qeyd olunur.  
Bu əlamətdar tarixlə əlaqədar aprelin 17-də Bakı Şəhər Baş Polis İdarəsində də tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan baş idarənin rəis müavini polis general-mayoru Vüqar Ələkbərov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb. O, qeyd edib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində ölkəmiz hərtərəfli inkişaf edib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm qələbəmizi şərtləndirib, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan ata-baba torpaqlarımız işğaldan azad edilib.
Tədbirin sonunda “Heydər Əliyev və 44 günlük Zəfər yolu” adlı sənədli film nümayiş olunub.

4S5A9314