DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:
image_20220825171850.jpg

Nazir V.Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

25.08.2022

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov avqustun 25-də Şəki Şəhər-Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Daxili işlər naziri qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.

Sonra Şəhər-Rayon polis şöbəsinin inzibati binasında Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarından gələn 162 vətəndaşı qəbul edən nazir onların müraciətlərini dinləyib, problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. 
Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb.

Qəbula gələn vətəndaşlar onların ərizə və müraciətlərinə operativ yanaşılmasına, o cümlədən göstərilən diqqətə və həssas münasibətə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.

Bölgəyə səfəri çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbulla bağlı sıra baxışı keçirib.    
Sıra baxışında Şəki şəhəri və ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 

Xidmətə qəbulun şərtlərinə uyğun gələn 87 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 23 nəfəri  Vətən müharibəsi iştirakçısı, 2 nəfəri isə şəhid ailələrinin üzvüdür.

IMG_6777

IMG_6781

IMG_6776

IMG_6775