Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20260202141543.jpg

Nazir Vilayət Eyvazov Qəbələdə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib

02.02.2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov fevralın 1-2-də Qəbələ rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Nazir əvvəlcə Qəbələ rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Polis Şöbəsinin inzibati binasında Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlardan, eləcə də digər bölgələrdən qəbula gələn 314 nəfər vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.
Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 206 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 17 nəfəri Vətən müharibəsi iştirakçısıdır. 

PHOTO-2026-02-02-13-16-09

PHOTO-2026-02-02-13-16-11

PHOTO-2026-02-02-13-16-11 2

PHOTO-2026-02-02-13-16-10

PHOTO-2026-02-02-13-16-09 2

PHOTO-2026-02-02-13-16-13

PHOTO-2026-02-02-13-16-12

PHOTO-2026-02-02-13-16-13 2

Youtube linki: https://youtu.be/baZveAdFasM

 

Ən son press-relizlər