DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:
image_20220621143534.jpg

Nazir V.Eyvazov Şirvanda vətəndaş qəbulu və sıra baxışı keçirib

21.06.2022

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 21-də Şirvan Şəhər Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Daxili işlər naziri əvvəlcə Şirvan şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub.

Sonra Şəhər Polis Şöbəsinin inzibati binasında Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlı rayonlarından gələn 93 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb.

Qəbula gələn vətəndaşlar onların ərizə və müraciətlərinə operativ yanaşılmasına, o cümlədən göstərilən diqqətə və həssas münasibətə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Bölgəyə səfəri çərçivəsində general-polkovnik V.Eyvazov polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə qəbulla bağlı sıra baxışı keçirib.    
Sıra baxışında Şirvan şəhəri və ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 

Xidmətə qəbulun şərtlərinə uyğun gələn 95 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 18-i  Vətən müharibəsi iştirakçısı, 1-i isə şəhid ailələrinin üzvləri olublar.

Sonra daxili işlər naziri, general-polkovnik V.Eyvazov qeyd olunan şəhər və rayonlarının polis rəisləri ilə əməliyyat müşavirəsi keçirərək onlardan bölgədə ictimai asayişin və təhlükəsizliyin daha da möhkəmləndirilməsini, vətəndaş müraciətlərinə obyektiv baxılmasını və qəbulu işinin düzgün təşkilini tələb edib.

21.06.2022(8)

21.06.2022(9)

21.06.2022(2)

21.06.2022(3)

21.06.2022(4)

21.06.2022(5)

21.06.2022(7)

21.06.2022(6)