Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Daxili Qоşunların Kоmandanı general-leytenant Məmmədоv Şahin İsgəndər оğlu

Məmmədov Şahin İsgəndər oğlu 10 yanvar 1961-ci ildə Qazax rayonunun Yenikənd kəndində (indiki Ağstafa rayonunun Zəlimxan kəndi) anadan olmuşdur.

1986-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Saratov ali hərbi komandanlıq məktəbini və 1999-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının strateji tədqiqatlar və Dövlət müdafiəsini idarəetmə akademik kursunu bitirmişdir.

1979-1981-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir.

1982-1986-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Saratov ali hərbi komandanlıq məktəbində təhsil almışdır.

1986-1992-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini-qərargah rəisi vəzifələrində xidmət etmişdir.

1992-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilmişdir.

1992-1997-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında əlahiddə tabor komandiri, briqada komandirinin müavini - qərargah rəisi və alay komandiri vəzifələrində, 1998-ci ildən isə Daxili Qoşunların Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini - Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi,  Daxili Qoşunların Qərargahı rəisinin 1-ci müavini vəzifələrində xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların  Komandanı vəzifəsinə təyin olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 11 mart 2015-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilmişdir.

Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsində, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiyinə və xidməti vəzifələrinin icrasında yüksək peşəkarlıq göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2019-cu il tarixli Sərəncamı ilə "Azərbaycan Bayrağı" və 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Qarabağ" ordenləri, 30 iyun 2002-ci il tarixli Fərmanı ilə "Hərbi xidmətlərə görə" və 10 mart 2012-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalları  ilə təltif olunmuşdur.

Ailəlidir, üç övladı var.

Səhifənin son yenilənmə tarixi: 01.07.2025

Geriyə qayıt Çap et