DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini, polis general-leytenantı Kərimov Oqtay Əsgər oğlu

Kərimov Oqtay Əsgər oğlu 1967-ci il iyunun 6-da Bakı şəhərində anadan olmuşdur.              
1988-ci ildə Simferopol Ali Hərbi Siyasi İnşaat Məktəbini, 1997-ci ildə DİN-in Polis Akademiyasını bitirmişdir. 

1988-1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində bölük komandirinin müavini, 1991-1992-ci ilərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyindəki nizami polis hissəsində bölük komandirinin müavini və bölük komandiri, 1992-2015-ci illərdə Baş İctimai Təhlükəsizlik İdarəsində inspektor, baş inspektor, söbə rəisi, Baş idarə rəisinin müavini, 2015-2016-cı illərdə DİN-in Daxili Qoşunlarında Qərargah rəisinin 1-ci müavini, 2016-2022-ci illərdə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifələrində xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. 
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 iyun tarixli Sərəncamı ilə polis general-mayoru, 2023-cü il 25 iyun tarixli 3945 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.

Cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi və asayişin qorunması üzrə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2004-cü ildə “İgidliyə görə” medalı, 2015-ci ildə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, 2018-ci ildə “Vətən uğrunda” medalı, 2021-ci ildə “2-ci dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Ailəlidir, üç övladı var.

Geriyə qayıt Çap et