DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

2019-cu ilin yekun təhlili

2019-cu il ərzində daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmini vəzifələri uğurla icra olunmuş, vətəndaşların qanuni mənafeləri etibarlı şəkildə qorunaraq kriminogen durum nəzarətdə saxlanılmışdır. Vətəndaşların əmin-amanlığının yüksək səviyyədə təmin edildiyi dövlət imicini bir daha təsdiqləyən Azərbaycan Respublikası əhali sayının 10 milyon insanı keçməklə hər 100 min nəfərinə düşən cinayətlərin azlığına (265) görə keçən ildə MDB və Şərqi Avropa məkanında öncül mövqedə olmuşdur. 
Hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyektləri üzrə 26672 (2018-ci il ilə müqayisədə 291 fakt və ya 1,1 % çox) cinayət qeydə alınmışdır. Onların 24492-i və ya 91,8 %-i daxili işlər və prokurorluq orqanları tərəfindən ibtidai araşdırılması aparılan hüquqazidd əməllər olmuşdur. Bu hüquqpozmaların 89 faizini böyük ictimai təhlükə törətməyən (7543) və az ağır (14197), 11%-ni (2752) ağır və xüsusilə ağır cinayətlər təşkil etmişdir.
Qeydə alınmış cinayətlərin strukturunda 5169-u (2018-ci il ilə müqayisədə 375 və ya 7,8% çox) şəxsiyyət əleyhinə, 10669-u (-1310; -10,9%) iqtisadi sahədə törədilən, onlardan 10311-i (-1401; -12,0%) mülkiyyət əleyhinə, 7818-i (+1108; +16,5%) ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 835-i (-49; -5.5%) dövlət hakimiyyəti əleyhinə olan cinayətlərdir.
Daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayətlərin 85,4%, qaçaqmalçılıq cinayətlərinin 98,9%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaların 98,7% (o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlərin 97,7%), insan alveri ilə bağlı cinayətlərin 98,4%, qəsdən adam öldürmələrin 95,1%, dələduzluqların 94,1%, qəsdən sağlamlığa ağır zərər vurmaların 93,6%, narkotik vasitələrlə bağlı cinayətlərin 92,7%, xuliqanlıqların 92,6%, hədə-qorxu ilə tələb etmələrin 90,8%, zorlamaların 90,5%, mənimsəmə və israf etmələrin 86,4%, quldurluqların 85,6%-nin açılması təmin edilmişdir. Müvafiq tədbirlərin məntiqi nəticəsi olaraq, qeyri-aşkar şəraitdə baş vermiş ağır və xüsusilə ağır cinayətlərin açılması 81,5 faiz (sabit) təşkil etmişdir. 
 
İstintaqı tamamlanaraq məhkəməyə göndərilmiş cinayət işlərinin sayı 4% artaraq 8271 olmuş, ibtidai istintaq zamanı vətəndaşlara dəymiş maddi ziyanın 92,7%-nin ödətdirilməsi təmin edilmişdir.
Cinayətlərin strukturunda hədə-qorxu ilə tələb etmə 25% (-21), dələduzluqlar 24,3% (-677), ekoloji cinayətlər 22,4% (-52), avtonəqliyyatın qaçırılması ilə bağlı cinayətlər 15,5% (-29), xuliqanlıqlar 13,4% (-122), oğurluqlar 7,7% (-608), qəsdən adam öldürmələr 5,4% (-9), soyğunçuluqlar 3,9% (-12), quldurluqlar 1,7% (-2) azalmış, qaçaqmalçılıq 2,8d. (+143), yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma 15,6% (+300) (o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı cinayətlər 9,3% və ya +54), qəsdən sağlamlığa ağır zərər vurma 2,1% (+7) artmışdır.
Bağlı qalmış 3432 cinayətin 3107-si (90,5%-i) az ağır və böyük ictimai təhlükə törətməyən və yalnız 325-i (9,5%) ağır və xüsusilə ağır növlər təşkil etmişdir. Onlardan 2668-i (77,7%) mülkiyyət əleyhinə, 275-i (8%) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 155-i (4,5%) şəxsiyyət əleyhinə olan cinayətlərdir.
Transmilli mütəşəkkil cinayətlərdən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri də səmərəli olmaqla, əsas diqqət qeyri-leqal dövriyyədən daha böyük çəkidə narkotik vasitələrin çıxarılmasına yönəlmişdir. Nəticədə narkotiklərlə əlaqədar müəyyən edilmiş 4076 (+1111), o cümlədən onların satışı ilə bağlı 1279 (+382) fakt üzrə qanunsuz dövriyyədən 95 kiloqram çox (+8,4%), bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə götürülmüşdür. Güclü təsirə malik narkotik vasitələr sinfinə aid olan 327 kiloqram tiryək və heroin dövriyyədən çıxarılmış, ümumi çəkisi 127 tona yaxın (-11 ton) olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilmiş, həyata keçirilən əməliyyat və profilaktik tədbirlərlə 69 (+24) cinayətkar qrup zərərsizləşdirilmişdir. 
Bu cinayətlərə görə məsuliyyətə cəlb olunmuş 3199 nəfərdən 2179-u (68,1%) əmək qabiliyyətli işləməyən və oxumayan, 889-u (27,8%) əvvəllər cinayət törətmiş, 68-i (2,1%) qadınlardır.
İnsan alverinə qarşı mübarizə sistemli və ardıcıl olmuşdur. Hesabat dövründə 146 (+2) insan alveri və 4 məcburi əmək cinayəti müəyyən edilmiş, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilərək, insan alverinin qurbanı olmuş 91 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilmişdir.
Prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq hərəkətləri və əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 329, o cümlədən 51 ağır və xüsusilə ağır cinayət açılmışdır.
Dövlətin iqtisadi təhlükəsizliyinin qorunması kimi xüsusilə aktual olan cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri ilə 39 (+1) saxta pul hazırlama və satma cinayəti aşkarlanmışdır. Qanunsuz dövriyyədən 561 (-666) ədəd müxtəlif nominalda saxta əskinas, istifadə müddəti ötmüş 4222 (+3712) ton yeyinti məhsulu və tikinti materialı çıxarılmışdır.
İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa elan edilmiş 71 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 41 şəxsin yeri müəyyən olunmuşdur. 
Hesabat dövründə axtarışda olan 4865 təqsirləndirilən şəxslərin 3608-i (74,2%), itkin düşmələri ilə əlaqədar axtarışa elan olunmuş 904 şəxsdən isə 756-nın (83,6%) yeri müəyyən edilmişdir. 
Soyğunçuluğa (92,4%), oğurluq cinayətlərinə (90,1%), narkotik vasitələrin qanunsuz dövriyyəsinə və xuliqanlığa (90,1%) görə axtarılanların tutulması işində müsbət nəticələr əldə edilmişdir.
Mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2162 şəxsi birləşdirən 818 cinayətkar qrup zərərsizləşdirilmişdir. 
2019-cu il ərzində cinayət təqibi nəticəsində12174 şəxs məsuliyyətinə cəlb edilmiş, onlardan 7431-i (61%) işləməyən və oxumayan, 2110-u (17,3%) əvvəllər məhkum edilmiş, 648-i (5,3%) qadın, 325-i (2,7%) yetkinlik yaşına çatmayanlar olmuşdur.
 
Paytaxt – Bakı şəhəri
 
Bakı şəhəri digər MDB ölkələrinin paytaxtları ilə müqayisədə ən təhlükəsiz və sabit şəhərlərdən biri sayılır.
Hazırda paytaxt əhalisinin sayı 3 milyona yaxındır (rəsmi qeydiyyatda olanlar). 
İlk növbədə, şəhərdə hüquq qaydasının vəziyyətinə nəzarətin fasiləsiz həyata keçirilməsi “Təhlükəsiz şəhər” Sistemi tərəfindən təmin olunmuş, yol hərəkəti təhlükəsizliyi və qaydalarına riayət olunması yönümündə texniki nəzarət vasitələrinin tətbiqi genişləndirilmiş, yeni kameralar quraşdırılaraq müvafiq texniki vasitələrin sayı 2019-cu ildə 7 minə çatdırılmışdır. 
Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də paytaxt polisi tərəfindən cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması sahəsində müsbət nəticələr əldə edilmiş, xüsusilə respublika və beynəlxalq əhəmiyyətli kütləvi tədbirlərdə, o cümlədən keçirilmiş Formula 1 Azərbaycan Qran Prisi, UEFA Avropa Liqasının final oyunu və Avropa Gənclər Olimpiya Festivalı ərəfəsində ictimai asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı vəzifələr layiqincə həyata keçirilmişdir.
2019-cu il ərzində ölkədə daxili işlər və prokurorluq orqanları tərəfindən qeydiyyata alınmış 24492 cinayətin 11176-sı və 45,6%-i ölkə paytaxtı Bakı şəhərinin payına düşür. 
Qeydiyyata alınmış cinayətlərdən 88,6%-i az ağır və böyük ictimai təhlükə törətməyən, 11,4%-ini isə ağır və xüsusilə ağır növlər təşkil edir. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin sayında 5,4%, mülkiyyət əleyhinə olan cinayətlərdə 15,6%, onlardan dələduzluqlarda 33,9%, avtonəqliyyatın qaçırılmasında 27,8%, həmçinin ekoloji cinayətlərdə 18,2%, xuliqanlıqlarda 7,3% azalma dinamikası mövcuddur. 
Müqayisə edilən dövrə nisbətdə cinayətlərin açılmasında adam öldürməyə cəhdlər üzrə sabitlik (100%), qaçaqmalçılıqda 22,2%, qəsdən adam öldürmələrdə 5,4%, qəsdən sağlamlığa ağır zərər vurmalar və dələduzluqlarda 0,6% artım müşahidə olunmuşdur.
Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin 67,4%-nin açılması təmin edilmişdir. Şəxsiyyət əleyhinə olan 415 cinayətdən 366-sı, onlardan zorlamaların hamısı, qəsdən adam öldürmələrin 97,3%-i, qəsdən sağlamlığa ağır zərər vurmaların 89,6%-i açılmışdır.
 Xarici vətəndaşlara qarşı törədilən cinayətlərin dinamikası 25,9% (-30 fakt) azalma ilə müşahidə olunur. Öz növbəsində onların xüsusi çəkisi Bakı şəhəri üzrə cəmi 0,7 faiz təşkil etmişdir. Araşdırılan bu növ 86 hüquqpozmadan 62-si və ya 68,1%-i açılmışdır. Dinamikasında isə 78-i və ya 91%-i az ağır və böyük ictimai təhlükə törətməyən faktlara, o cümlədən 11-i yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmalara aiddir. 
İctimai yerlərdə törədilən cinayətlər də 35,3% azalaraq 639 fakt (373-ü küçə, meydan; 90-ı ictimai nəqliyyatda olmaqla 266-sı isə digər ictimai yerlərdə) olmuşdur. 
Prokurorluq orqanları ilə birgə davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 182, o cümlədən 53 ağır və xüsusilə ağır cinayət açılmışdır.
Dövlətin iqtisadiyyatına təhlükə yaradan xüsusilə aktual olan cinayətlərə qarşı aparılan əməliyyat tədbirləri ilə 13 saxta pul hazırlama və satma cinayət faktı aşkarlanmışdır. 
Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılmış, ağır və xüsusilə ağır cinayət törətdiyinə görə 244 təqsirləndirilən şəxs tutulmuşdur. 
 
 
                                   Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi
Geriyə qayıt Çap et