Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir
01.12.2023Dekabrın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd tapança, 1 ədəd qumbara, 10 ədəd patron darağı, 363 ədəd müxtəlif çaplı patron, 16 ədəd müxtəlif markalı tüfəng, 2 süngü bıçaq və 1 səsboğucu təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd tapança, 2 tüfəng, 1 patron darağı və 5 patron aşkar edilərək götürülüb.