Nizami rayonu ərazisindən “Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən T.Məmmədov motosikletlə saxlanılıb
20.02.2024Fevralın 18-də Nizami rayonu ərazisindən “Tufan” markalı motosikletin qaçırılması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən T.Məmmədov motosikletlə saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.