DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində piyadanın ölümü ilə nəticələnən YNH-ni törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü S.Hacıyev müəyyən edilərək saxlanılmışdır

15.04.2021

Aprelin 14-də saat 22 radələrində Lənkəran rayonunun Şıxəkəran kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Z.Əliyeva vurulmuşdur. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Xolmi kənd sakini S.Hacıyev müəyyən edilərək saxlanılmışdır.

15.04.2021 tarixinə olan kriminal məlumatlar