Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən narkotik vasitələr götürülmüşdür

28.07.2008

   Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Səhran Xankişiyevdən 2,112 qram heroin, Suraxanı RPİ 33-cü PB əməkdaşları Bülbülə qəsəbə sakini Cavid Bayramovdan 0,254 qram heroin, Xətai RPİ 37-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad İmanovdan 0,245 qram heroin, Gəncə ŞPİ əməkdaşları Yevlax rayon sakini, əvvəllər məhkum  olunmuş Anar Babayevdən 5 qram heroin, Sabunçu RPİ əməkdaşları Kürdəxanı qəsəbə sakini İlqar Dadaşovdan 0,836 qram heroin götürmüşlər.

   Əzizbəyov RPİ əməkdaşları oğurluq etdiyinə görə tutulmuş Azad Soltanovdan 1,145 qram heroin götürmüşlər.