Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi

15.07.2008

Saat 21.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Gəncə şəhər sakini Münasib İbrahimovun idarə etdiyi "Mercedes" markalı və Bayıl qəsəbə sakini Rəhim Hüseynovun idarə etdiyi "Moskviç-412" markalı avtomaşınlar toqquşmuş, sonradan "Mercedes" markalı avtomaşın aşmışdır. Nəticədə "Mercedes" markalı avtomaşının xəsarət almış sərnişinləri, Bakı şəhər sakinləri Səmayə Nəsirova, Vidadi Budaqov, onun arvadı Təbiət, qızı Ləman, Gəncə şəhər sakinləri Mirhəsən Seyidov, Mətləb Allahverdiyev, Solmaz Allahverdiyeva,  Qəndab Allahverdiyeva, Cəmilə Allahverdiyeva, Həcər Qurbanova xəstəxanaya yerləşdirilmişlər. Onlardan 4 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. Qaradağ RPİ tərəfindən araşdırmalar aparılır.