DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Sabunçu rayonunda bu ilin yanvar ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb

04.02.2023

Sabunçu Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayı ərzində Pirşağı, Kürdəxanı, Bakıxanov, Balaxanı, Maştağa, Zabrat, Ramana qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb. Saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 5 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.


Youtube linki - https://www.youtube.com/watch?v=iXX6Qrwc1zM

 

04.02.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub 04.02.2023
  • Paytaxtda bir neçə vətənaşın külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə talayan şəxs müəyyən olunaraq saxlanılıb 04.02.2023
  • Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən “Kia” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qəsəbə sakini Ə.Bəndərov avtomobillə saxlanılıb 04.02.2023
  • Nizami rayonunun Q.Qarayev prospektindən “VAZ-21099” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini R.Paşazadə avtomobillə saxlanılıb 04.02.2023
  • Oğurluq etdiyinə görə tutulan Y.Məhərrəmovun daha bir nəfərin pulunu oğurlaması da müəyyən olunub 04.02.2023
  • Oğurluq etdiyinə görə tutulan Q.Həsənovun Xəzər rayonu ərazisində daha bir neçə oğurluq hadisələrini törətməsi müəyyən olunub 04.02.2023
  • Quba rayonunun Susay kəndi ərazisində “VAZ-21015” markalı avtomobil aşıb 04.02.2023
  • Xaçmaz rayonunun Çarxı kəndi ərazisində “VAZ-21063” markalı avtomobillə piyada vurulub 04.02.2023
  • Xırdalan və Masazırda narkotik vasitələrin satışı ilə məşğul olan 2 nəfər saxlanılıb 04.02.2023
  • Sabunçu rayonunda bu ilin yanvar ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 nəfər saxlanılıb 04.02.2023