Bakı-Astara yolunun 155-ci km-də yol-qəza hadisəsi
20.08.2005Saat 22.00 radələrində, Bakı-Astara yolunun 155-ci km-də, Salyan rayonunun Boranıkənd kəndində Elman Nəsirli "Toyota" markalı avtomaşını idarə edərkən, piyadaçı Fəxrəddin Feyzullayevi vurmuş, sonra isə Baləddin Həbibovun idarə etdiyi "Nissan" markalı avtomaşınla toqquşmuşdur. Nəticədə, F.Feyzullayev hadisə yerində ölmüş, E.Nəsirli və onun sərnişinləri, arvadı Firəngiz, qızları Günel, Samirə və oğlu Emil xəsarətlə xəstəxanaya yerləşdirilmişlər.