DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rafiq Həsənov saxlanılıb

24.04.2017

Aprelin 18-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini Şahin Şahmuradov qıcolma diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

Binəqədi RPİ 4-cü PB və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ş.Şahmuradovun yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.

Aparılan əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsini "Qazel" markalı avtomobillə törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rafiq Həsənov saxlanılıb.

24.04.2017 tarixinə olan kriminal məlumatlar