Ələt-Yevlax yolunun Qaradağ rayonu ərazisində yol-qəza hadisəsi
09.07.2005Saat 06.30 radələrində Ələt-Yevlax yolunun Qaradağ rayonu ərazisində Xətai RPİ 37-ci PB-nin əməkdaşı Rasib Əliyev (xidmətdən kənar vaxtı) «Mersedes-190» markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə, sərnişinlərindən Asiya Abuzərova hadisə yerində ölmüş, xəsarət almış Rafiq Əliyev, R.Əliyev və qızı Elvira xəstəxanaya yerləşdirilmişlər.