DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nizami rayonunun Babək prospektində yol-nəqliyyat hadisəsi

26.02.2016

Fevralın 26-da saat 06 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Tapdıq Allahverdiyev idarə etdiyi “Lada” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Azər İbrahimova məxsus “KamAZ” markalı avtomobilə vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyev orada ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.