Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

"Azadlıq" qəzetinin müxbiri Fikrət Hüseynovun aldığı xəsarətlə əlaqədar araşdırmalar aparılır

06.03.2006

Saat 10:25 radələrində, M.Nağıyev adına xəstəxanadan Səbail RPİ 8-ci PB-yə "Azadlıq" qəzetinin müxbiri Fikrət Hüseynovun Badamdar qəsəbəsi ərazisində yıxılması və nəticədə çənəsindən xəsarət alması, ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılması barədə məlumat daxil olmuşdur. İlkin araşdırmalar zamanı, F.Hüseynov martın 5-də saat 21:20 radələrində, Badamdar qəsəbəsi ərazisində qəzet üçün material hazırlayarkən 3 naməlum şəxsin onu başından dəyənəklə vurması, zorla avtomaşına oturdub Moskva prospektinə aparıb orada düşürməsi və həmin şəxslər tərəfindən çənə nahiyəsindən bıçaqla ona xəsarət yetirilməsi barədə izahat vermişdir. Araşdırmalar aparılır.