Bakı-Qazax yolunun Tovuz şəhəri ərazisində avtomaşınlar toqquşmuşlar
30.03.2005Saat 15.30 radələrində Bakı-Qazax yolunun Tovuz şəhəri ərazisində şəhər sakini Zakir Bədəlovun idarə etdiyi «VAZ 2107» markalı Az 10 MC 860 nömrəli və Mülkülü kənd sakini Mətləb İsayevin idarə etdiyi «VAZ 2106» markalı Az 10 HS 093 nömrəli avtomaşınlar toqquşmuşlar. Nəticədə hər iki sürücü ölmüş, sərnişinlərdən Elsəvər Soltanov və Yaqut İsayeva xəsarətlə xəstəxanaya yerləşdirilmişlər.