DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:
image_20221103160532.jpg

Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

03.11.2022

Noyabrın 3-də Daxili İşlər Nazirliyinin Gəncə şəhərində, Bərdə, Qəbələ və Hacıqabul rayonlarıda yerləşən hərbi hissələrində 8 noyabr - Zəfər Gününün ikinci ildönümünə həsr olunmuş tədbirlər keçirilib.
Tədbirlərdə 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbçilərin ailə üzvləri, Vətən müharibəsi qaziləri və iştirakçıları, hərbi qulluqçular və polis əməkdaşları, eləcə də DİN-in rəhbər vəzifəli şəxsləri iştirak ediblər.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 
Daha sonra çıxış edənlər Vətən müharibəsində qələbəyə gedən yolda döyüşən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının göstərdiyi şücaətlərdən, qəhrəmanlıqlardan qürurla danışıblar. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsi nəticəsində 30 il işğal altında olan torpaqlarımız cəmi 44 gün davam edən “Dəmir yumruq” əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub.  Bu müqəddəs amal uğrunda aparılan müharibədə döyüş tapşırıqlarını icra edərkən DİN-in 66 əməkdaşı şəhid olub, 346 nəfər isə yaralanıb. Onlardan dörd nəfəri “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb, minlərlə əməkdaş orden və medallarla təltif olunublar. 
Tədbirlər şəxsi heyətin tribuna önündən təntənəli keçidləri ilə başa çatıb.
Daxili işlər orqanlarında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

IMG_7304 (1)

IMG_7312 (1)

IMG_20221103_113904 (1)