Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20230927183150.jpg

Daxili İşlər Nazirliyi 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirib

27.09.2023

Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Daxili İşlər Nazirliyi tərəfindən Anım Gününün üçüncü ildönümünə həsr olunmuş mərasim keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər. 
Əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  
Mərasimdə çıxış edən daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən Silahlı Qüvvələrimiz, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının Vətən müharibəsində, o cümlədən 2023-cü ilin 19 – 20 sentyabr tarixlərində Qarabağ ərazisində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şərəfli döyüş yolu keçdiyini vurğulayıb. Şəxsi heyətin Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak etdiyini qeyd edən məruzəçi torpaqların azad olunması zamanı 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını, 4 nəfərin “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyünü, minlərlə əməkdaşın isə orden və medallarla təltif olunduğunu qeyd edib. 
Diqqətə çatdırılıb ki, ölkə başısının xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş hərbi qulluqçularımız və polis əməkdaşları bilik və bacarıqlarını, peşəkarlıqlarını artırmaqla onlara göstərilən bu etimadı doğrultmaq üçün səy və bacarıqlarını əsirgəmirlər. 
Tədbirin davamında çıxış edənlər istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44 günlük Vətən Müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının və polis əməkdaşlarının ön cəbhənin müxtəlif istiqamətlərində işğalçı düşmənə qarşı mətinliklə döyüşdüklərini bildiriblər. 
Çıxışçılar bu gün işğaldan azad olunan ərazilərdə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının xidməti vəzifələrini böyük qürur hissi ilə davam etdirdiklərini məmnunluqla qeyd ediblər. 
Tədbirin sonunda Samir Qulamovun qəhrəmanlıq salnaməmizi özündə əks etdirən "Bir nəfəs qədər" pyesi əsasında hazırlanan eyniadlı tamaşası nümayiş etdirilib. 

STVN7253

STVN7294

STVN7321

Ən son press-relizlər