Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
30.12.2025
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 4 tapança, 2 patron darağı və 52 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 35 cinayətin açılması təmin olunub
29.12.2025
Dekabrın 29-da ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 232, o cümlədən borclu şəxs qismində axtarışda olan 214 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.
Bakıda 27 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Paytaxtın Xətai, Qaradağ və Nizami rayonlarında keçirilən növbəti tədbirlər zamanı 27 yaşlı N.Şıxalıyev, 39 yaşlı N.Nəsibov və 26 yaşlı M.Mustafa saxlanılıblar. Onlardan 27,7 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 100 ədəd metadon həbi aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən şəxs həbs edildi
Sosial şəbəkələrdə narkotiklərdən istifadəni təbliğ edən videolar paylaşan əvvəllər məhkum olunmuş 32 yaşlı T.Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan narkotik vasitə olan marixuana aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Araşdırma aparılır.
Abşeron və Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Abşeron rayonu Masazır qəsəbəsi ərazisində bir nəfər polisə müraciət edərək “Tofaş” markalı nəqliyyat vasitəsindən naməlum şəraitdə 900 manat dəyərində maqnitofon, səsgücləndirici və mobil telefonunun talanmasını bildirib.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı T.Namazov və 32 yaşlı E.Balayev müəyyən olunaraq saxlanılıb.Yasamal rayonunda isə bir nəfərə məxsus 400 manat dəyərində skuter oğurlayan əvvəllər məhkum olunmuş N.Qasımov da polis əməkdaşları tərəfindən saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Taksi sürücüsünün marketə getməsini fürsət bilib avtomobildən oğurluq edən sərnişin saxlanıldı
Paytaxtın Qaradağ rayonunda oğurluq hadisələri baş verib. Ələt qəsəbəsi ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxsin “Mitsubishi” markalı avtomobilindən 1060 manat pulu talanıb. Bu barədə zərərçəkmiş polis orqanına məlumat verib.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 24 yaşlı R.Hacıyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla onun sərnişin qismində taksiyə əyləşdiyi və yolda sürücünün avtomobili saxlayıb marketə getməsindən sui-istifadə edərək saxlanc yerində olan pul kisəsindən oğurluq etdiyi məlum olub.Rayon ərazisində keçirilən digər tədbir zamanı isə Lökbatan qəsəbəsində yerləşən mağazaların birindən müxtəlif tarixlərdə oğurluq etməkdə şübhəli bilinən 24 yaşlı F.Babaxanov da müəyyən olunaraq saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır.
Ötən gün pirotexniki vasitələr satan 12 nəfər saxlanılıb
Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.Paytaxt və bölgələrdə keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 12 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif növ yüksək səs və işıq effekti yaradan pirotexniki vasitələr aşkarlanıb. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Keçmişdə işlədiyi ofisdən 6000 manatlıq oğurluq edən şəxs saxlanıldı
Paytaxtın Nərimanov rayonunda talama cinayəti qeydə alınıb. Zərərçəkən polisə müraciət edərək icarədarı olduğu ofisdən 6000 manat dəyərində kompüter və televizor oğurlandığını bildirib.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində K.Həsənov şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, gecə saatlarında əvvəllər çalışdığı iş yerinə gəlib və özündə saxladığı açarla qapını açaraq ofisi talayıb.Sabunçu rayonunda keçirilən tədbir zamanı isə gecə vaxtı vətəndaşın evinin qarşısında saxladığı 1800 manat dəyərində mopedi oğurlamaqda şübhəli bilinən İ.Əlizadə və M.Quliyev də müəyyən olunaraq saxlanılıblar.Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 29-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.