Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ticarət mərkəzindən oğurluq edən şəxs saxlanılıb
28.06.2025
Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkələrinin birindən 1300 manat dəyərində qol saatı oğurlanıb.Nəsimi RPİ 22-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş 47 yaşlı A.Qarayev müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
27.06.2025
İyunun 27-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 39,5 kiloqramdan artıq narkotik vasitə götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 27-də ümumi çəkisi 39,5 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 17,6 tona yaxın çəkidə 43568 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. İyunun 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 3 tapança, 8 qumbara, 5 alışdırıcı, 10 tüfəng, 17 patron darağı və 654 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 46 cinayətin açılması təmin olunub
26.06.2025
İyunun 26-da ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Abşeron və Qaradağ rayonlarında silsilə oğurluq edən şəxslər saxlanılıb
Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb. Rayon ərazisində yerləşən 4 evdən ümumilikdə 8900 manat pul, 3500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ş.Abdullayev və 20 yaşlı Ç.Abdullayev müəyyən olunaraq saxlanılıblar.
Yasamal və Nərimanov rayonlarında oğurluq edən 2 şəxs saxlanılıb
Yasamal rayonunda yerləşən restoranların birindən 5580 manat dəyərində kompüter, 2 ədəd monitor və məişət əşyaları oğurlanıb.Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı E.Mikayılov müəyyən olunaraq saxlanılıb.Nərimanov rayonunda isə paytaxt sakininə məxsus 1000 manat dəyərində skuteri oğurlamaqda şübhəli bilinən 22 yaşlı F.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıb.Araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.