Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Avtoyuma məntəqəsindən qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb
19.04.2026
Paytaxtın Nizami rayonu ərazisində yerləşən avtoyuma məntəqələrindən birindən gecə saatlarında “Range Rover” markalı nəqliyyat vasitəsi qaçırılıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə çalışan 23 yaşlı R.Rzayev müəyyən edilərək saxlanılıb.Qeyd edək ki, həmin şəxs sərxoş halda idarə etdiyi qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi də törədib.Araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 18-də və 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 18-də və 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 9,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 18-də və 19-da ümumi çəkisi 9,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Aprelin 18-də və 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 qumbara, 2 tüfəng, 7 patron darağı və 30 ədəd patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
18.04.2026
Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub
17.04.2026
Xəzər rayonunda silsilə talama cinayətləri edən şəxs saxlanılıb
Xəzər rayonu ərazisində silsilə talama hadisələri qeydə alınıb. Naməlum şəxs rayon ərazisində yerləşən 5 ev və 2 sexdən pul, məişət əşyaları, elektrikli alətlər, həmçinin kombi aparatı oğurlayıb, nəticədə zərərçəkənlərə ümumilikdə 20 min manata yaxın maddi ziyan vurulub.Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Ş.Abdullayev müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir hissəsini satdığı məlum olub.Araşdırma aparılır.
Avtomobildən oğurluq edən şəxs saxlanılıb
Yasamal rayonu ərazisində bir nəfərə məxsus “Ford” markalı avtomobildən 650 manat pul və 790 manat dəyərində mobil telefon oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 48 yaşlı R.Novruzov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonunda moped oğurlayan şəxslər saxlanılıb
Nəsimi rayonu ərazisində bir nəfərə məxsus 1400 manat dəyərində “Tufan” markalı moped oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı K.Qaçayev müəyyən edilərək saxlanılıb.Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs mopedi oğurlayaraq evinə aparıb. Daha sonra alqı-satqı saytlarından birinə elan yerləşdirərək mopedi satıb. Rayon ərazisində 1500 manat dəyərində digər bir mopedi oğurlamaqda şübhəli bilinən S.İbrahimov və N.Əhədov da polis əməkdaşları tərəfindən saxlanılıblar.Araşdırma aparılır.