Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması əmin olunub
21.04.2026
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 21-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 21-də ümumi çəkisi 21 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 52 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Aprelin 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 pulemyot, 1 qumbaraatan, 2 tapança, 1 qumbara, 8 tüfəng, 6 patron darağı və 331 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 36 cinayətin açılması təmin olunub
20.04.2026
Əvvəllər işlədiyi yerdən oğurluq edən şəxs saxlanılıb
Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən tikinti şirkətlərinin birindən 25 min manatlıq inşaat materialları oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 39 yaşlı R.Mehdiyev saxlanılıb.Araşdırmalarla saxlanılan şəxsin əvvəllər həmin şirkətdə işlədiyi, daha sonra işdən ayrıldığı və gecə saatlarında tikinti materiallarını taladığı müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb. R.Mehdiyev barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 1,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 20-də ümumi çəkisi 1,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.